II Mixail | |
---|---|
yun. Μιχαήλ Β' ο Τραυλός | |
25 dekabr 820 – 2 oktyabr 829 | |
Əvvəlki | V Leo |
Sonrakı | Feofil |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 770 |
Vəfat tarixi | 2 oktyabr 829 |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Uşağı | |
Dini | şərqi ortodoks xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
II Mixail (yun. Μιχαήλ Β´) və ya Pəltək Mixail (yun. Μιχαήλ ὁ Τραυλός) (770 – 2 oktyabr 829, Konstantinopol) — Bizans imperatoru.[1] Amorianlar sülaləsinin banisidir.
İndiki Türkiyənin Afyon bölgəsində yerləşən Amorian yaşayış məskənində dünyaya gəlmişdir. Bu səbəblə Amorianlar sülaləsinin banisi hesab olunur. Bizans imperatoru I Mixailin ordusunda xidmət edərkən erməni əsilli general Leoyla birləşərək paytaxt Konstantinopola hücum etdi. V Leonun taxta çıxmasını dəstəkləsə də, taxt dəyişikliyinin ardından gözdən düşdü və saraydan uzaqlaşdırıldı. Bu səbəblə 820-ci ildə ona qarşı tərtiblənən saray çevrilişi ilə hakimiyyəti ələ aldı.
Hakimiyyəti boyunca üsyan edən slavyan xalqlarıyla mübarizə apardı. Siciliya adasının müsəlmanlar tərəfindən işğalı və Kirt adasının ələ keçirilərək Krit əmirliyinin yaradılması məhz onun səltənətində baş verən mühüm siyasi hadisələrdir.